Boyan Pavloviçin “quru seriya”sı qırıldı
14.03.2012 - 15:11
“Qarabağ”ın serbiyalı qapıçısı Boyan Pavloviçin “quru seriyası” qırıldı. Apasport.az saytının məlumatına görə, ölkə kubokunu da nəzərə alsaq, 10 matçda qapısını toxunulmaz saxlayan legioner 11-ci oyunda topu tordan çıxarmalı oldu.
Bu, “Qəbələ” ilə hazırda davam edən Azərbaycan kuboku ilk ¼ final matçında reallaşdı. Pavloviç səfər matçının 41-ci dəqiqəsində rəqibin seneqallı hücumçusu Viktor Mendinin zərbəsini dəf edə bilmədi. Bununla, Boyan bu il ilk qolunu, ümumiyyətlə isə 109 gündən sonra top buraxdı.
O sonuncu dəfə 2011-ci il noyabrın 26-da XIV turun “Neftçi”ylə görüşündə (1:2) qapısında qol görmüşdü ki, onda 88-ci dəqiqədə braziliyalı yarımmüdafiəçi Flavinyo fərqlənmişdi. İndi isə Boyanın seriyası 943-cü dəqiqədə qırıldı.
Ancaq Pavloviçə uzun müddətdən sonra qol buraxdığına görə üzülməyə dəyməz. Çünki onun digər - 812 dəqiqəyə çatan rekord “quru seriya”sı çempionata aid olduğundan, davam edir. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) da ən azı 660 dəqiqə qol buraxmayan qapıçıları siyahısına daxil edəndə, yalnız çempionatdakı göstəriciləri nəzərə alır və Pavloviç orada Azərbaycanın 13-cü göstəricisinə imza atdı.
Maraqlıdır ki, “Qarabağ”ın Premyer Liqanın növbəti turunda da məhz “Qəbələ” ilə sınaq gözləyir. Həmin oyun martın 18-də Ağdamda keçiriləcək.

0
0