Berti Foqts: Kubok mübarizəsi 1 oyundan ibarət olsaydı...
14.03.2012 - 15:16
“Kubok oyunları da çempionat matçları qədər vacibdir. “Qəbələ” – “Qarabağ” qarşılaşmasında hər iki komandanın heyətində milli üzvləri olduğundan, bu görüşü izləməyə üstünlük verdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.
Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qəbələ” – “Qarabağ” oyununu izləyən almaniyalı mütəxəssis matçın fasiləsində “Lider TV”yə müsahibəsində qarşılaşma və səfər haqda fikirlərini açıqlayıb: “Ardıcıl 2-ci dəfə Qəbələyə gəlməyim bu komandanın günün mərkəzi, maraqlı oyunlarında iştirak etməsidir. Bura gələrkən izlədiyim maraqlı mənzərələrdən də zövq alıram. Oyuna gəlincə, təəssüflər ki, kubok mübarizəsi 1 deyil, 2 matçdan ibarətdir. Hər iki komanda hələ 2-ci oyunun olduğunu düşünür. Əgər matç 1 oyundan ibarət olsaydı, bundan da maraqlı olardı. Bundan əvvəl “Qəbələ”nin “Neftçi” ilə oyununu izləmişdim. 3 gün əvvəl olduğu kimi, yenə çox maraqlı qarşılaşmanın şahidi oluram”.
Qeyd edək ki, Azərbaycan kubokunun yalnız 1/4 və 1/2 final mərhələləri 2 oyundan ibarətdir.

0
0