Böyükağa Hacıyevin sevinci
14.03.2012 - 16:35
“Kəpəz” ilə oyunun ağır olacağını bilirdik. Bu komanda son oyunlarda yaxşı təsir bağışlayır. Öz meydanında “Simurq”la “Qəbələ”ni məğlub edib. Səfərdə zaqatalalılarla heç-heçə oynamışdılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
O, ölkə kubokunun 1/4 final mərhələsinin “Kəpəz”lə ilk oyunu haqda fikirlərini açıqlayıb: “Kəpəz” öz oyununu tapıb. Digər tərəfdən Rəşad Abdullayev və Flavinyonun zədə üzündən bizə kömək edə bilməməyi oyunumuza təsirini göstərdi. Mübarizə şəraitində keçən oyun izlədik. Sevinirik ki, 2:1 hesabı ilə qalib gələ bildik”.
Qeyd edək ki, “Neftçi” “Kəpəz”lə səfər oyununda 2:1 hesabı ilə qalib gəlib.

0
0