Fatih Kavlak: Ağdama bizə lazım olan nəticə üçün gedəcəyik
14.03.2012 - 17:01
“Qarabağ”la oyununun çətin olacağını bilirdik. Buna görə də çox yaxşı hazırlaşmışdıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin baş məşqçisi Fatih Kavlak deyib.
Azərbaycan kubokunun 1/4 final mərhələsində “Qarabağ”la ilk oyununu evdə keçirən qəbələlilər 2:2 hesablı bərabərliyə qaldı. Meydan sahibləri 2 dəfə hesabda irəli çıxsalar da, qələbəni son saniyələrdə əldən verdilər.
Türkiyəli çalışdırıcı rəqibin özünü sübut etmiş komanda olduğunu bildirib: “Qarabağ” hazırda yüksəlişdədir və oyundan-oyuna artırır. Matçda da səviyyəsini göstərdi. Çətin oyun oldu, meydanda sona kimi mübarizə getdi. İkinci hissədə ilə müqayisədə ilk yarıda zəif çıxış etdik. Ancaq fasiləyə 1:0 irəlidə yollana bildik. İkinci hissənin əvvəlində qol buraxsaq, sonradan oyuna nəzarəti ələ keçirdik və bunun məntiqi nəticəsi qol vurduq. Ancaq hesabda 2 dəfə irəlidə olsaq da, sonda qələbəni əldən verdik. Bununla belə, ruhdan düşmürük. Çünki kubok 2 oyundan ibarətdir. Ağdama bizə lazım olan nəticənin arxasınca gedəcəyik”.
Qeyd edək ki, “Qarabağ” səfərdə 2 qol vurduğundan, evdə 0:0 və 1:1 hesablı bərabərlik sayəsində mərhələ adlayacaq. Qəbələlilərə isə yarımfinala çıxmaq üçün istənilən hesablı qələbə və ya ilk matçla müqayisədə daha məhsuldar heç-heçə lazımdır.

0
0