Cüneyt Biçər: Qapımıza təyin olunan penalti qərarı doğru deyildi
14.03.2012 - 18:22
“Çox gərgin oyun oldu. Komandamız birinci hissədə məğlub duruma düşsə də, sonra gücünü toplayıb 2 qol vurdu. Hesabı qoruya bilərdik. Sadəcə, müəyyən boşluqlara yol verdik. Nəticədə də məğlub olduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Cüneyt Biçər bu gün ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda “İnter” uduzduqları (2:3) oyundan sonra bildirib.
“İkinci hissədə də təhlükəli vəziyyətlərimiz oldu. Hakim təmiz penaltimizi vermədi. Qapımıza təyin olunan penalti isə, mənə görə, doğru deyildi. Uduzsaq da, ümidimizi növbəti oyuna bağlamışıq. Bir top fərqiylə məğlub olmuşuq. Hesab edirəm ki, cavab matçında növbəti mərhələyə çıxmaq olar” - deyə, Biçər bildirib.
Lider futbolçularından olan Rahid Əmirquliyevi əsas heyətdə oyuna salmamasıyla bağlı türkiyəli mütəxəssis bunları deyib: “Rahid son vaxtlar tez-tez ilk “onbirlik”də meydana çıxır. Keçən həftə zədə də almışdı. Ona görə də digər futbolçuları yoxladıq. Bu, həm də bizim taktiki gedişimiz idi”.

0
0