Viktor Mendi: Özümüzü psixoloji cəhətdən buna hazırlamışıq
15.03.2012 - 00:01
“Əlimizdə olan oyunu verdik. Hansı ki, biz qələbəyə daha yaxın idik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun hücumçusu Viktor Mendi deyib.
Ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Qarabağ”la qarşılaşan “Qəbələ” meydanı heç-heçə (2:2) ilə tərk edib. Matçın gedişində Fatih Kavlakın yetirmələri 2 dəfə hesabda irəli çıxsalar da, qonaqlar tarazlığı bərpa edib.
Oyunda hesabı açan seneqallı hücumçu mübarizənin davam etdiyini vurğulayıb: “Doğma meydanda qələbə şansını qaçırdıq. Ancaq kubok oyunları 2 matçdan ibarətdir. Bizi cavab görüşü gözləyir. Mübarizə davam edir. İkinci oyunda mərhələ adlamağa çalışacağıq”.
Premyer Liqada “Neftçi” kimi rəqibi böyük hesabla yenən “Qəbələ” “Qarabağ”la dueldə də pis təsir bağışlamadı. 31 yaşlı futbolçu qış fasiləsindən sonra daha yaxşı çıxış etmələrini Antalyadakı hazırlıqla bağlayır: “Təlim-məşq toplanışında yaxşı hazırlıq keçdik, indi onun bəhrəsini görürük. Həm də hamımız qarşıya qoyulan məqsədin nədən ibarət olduğunu başa düşürük. Özümüzü psixoloji cəhətdən buna hazırlamışıq. Təbii ki, mövsümü yüksək yerlərdən birində qapamağa çalışacağıq”.

0
0