“İkinci hissənin ilk 10 dəqiqəsində komandamız sanki “yatdı”
14.03.2012 - 18:35
“Oyunun əvvəli əsəbi alındı. Meydanda gərginlik vardı. Ancaq sonradan oyunumuzu sakitləşdirdik və ilk qolumuzu artıq birinci hissədə vurduq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.
Azərbaycan kubokunun ¼ final mərhələsində “Xəzər Lənkəran”la ilk oyunda 3:2 hesabı ilə qalib gələn bakılılar meydanda əzmkarlıq göstərib. Belə ki, hesabı açan, sonra geri düşən “İnter” sonda vurduğu 2 qolla qələbə qazandı – 3:2.
Sxadadze üstünlüklərini əldən verməklərini fasilədən sonra oyuna uğursuz başlamaları ilə əlaqələndirib: “İkinci hissənin ilk 10 dəqiqə komandamız sanki “yatdı”. Nəticədə 2 qol buraxdıq. Ancaq bundan sonra yerdəyişmələr etdik, taktiki sxemi dəyişdirdik və bunun nəticəsini gördük. Futbolçularımızı göstərdikləri xarakterə görə təbrik edirəm. Onlar əzmkarlıqları ilə oyunun axarını dəyişərək, vurduqları 2 qolla komandamıza qələbə qazandırdılar. Bu nəticə ilə ilk oyundan sonra hesab xeyrimizədir. Bu üstünlükdən səfərdəki cavab matçında istifadə etməyə çalışacağıq”.
Qeyd edək ki, Lənkərandakı cavab oyunu martın 28-də keçiriləcək.

0
0