Ruslan Abışovun məsuliyyəti artdı
14.03.2012 - 18:45
Ruslan Abışovun məsuliyyəti artdı
"Meydana komandanın kapitanı qismində çıxmışdım. Təbii ki, belə vəziyyətdə məsuliyyət də birə-iki artır". Apasport.az saytının xəbərinə görə, bunu "Neftçi"nin müdafiəçisi Ruslan Abışov "Kəpəz"lə oyundan sonra (2:1) klubun rəsmi saytına açıqlamasında deyib.

Abışov görüşlə bağlı daha sonra bunları bildirib: "Əsas heyətin bir neçə futbolçusu bu qarşılaşmada meydanda deyildi. Bununla belə, qələbə qazanmağı bacardıq. Cavab oyununda da azarkeşlərimizi sevindirməyə çalışacağıq".