“Bir neçə klub eyni anda oyun alıb-satıb”
15.03.2012 - 02:25
“Bir neçə klub eyni anda oyun alıb-satıb”
Adı oyun alqı-satqısı ilə bağlı olaylara qarışan və bu barədə danışmaq istəməyən “Qalatasaray”ın sabiq prezidenti Adnan Polat susqunluğunu pozub. Apasport.az saytının xəbərinə görə, “Cim-Bom”un sabiq rəhbəri maraqlı açıqlamalarla diqqəti çəkib.

Polat ötən mövsüm “Qalatasaray”ın 8-ci pilləni tutmasının səbəbini açıqlayıb: “Bir neçə klub eyni anda oyun alıb-satıb. Buna baxdıqda ötən mövsüm niyə 8-ci pilləni tutmağımızın səbəbi aydınlaşır. Bir yandan klublar, bir yandan da federasiya çempionatı istədiyi kimi yönləndirib. “Qalatasaray” isə meydanda yalnız qalıb”.

Əziz Yıldırımın “Qalatasaray” və digər klublara hücum xarakterli açıqlamalarına toxunan Adnan Polat “Əziz bəy “Qalatasaray”a, “Beşiktaş”a və “Trabzonspor”a hücum etmək əvəzinə, özünü müdafiə etməlidir. Bu yalnış strategiyadır”, - deyib.

2006-cı ildə çempionluq üçün vacib olan “Dənizlispor” matçını xatırladan sabiq klub prezidenti “Qalatasaray”ın bu oyuna görə mükafat ayırması ilə bağlı ittihamları cavablandırıb: “Həmin oyunda üstünlük “Fənərbaxça”nın tərəfində idi. Appianın epizodu qol olsaydı, indi bunlar müzakirə olunmazdı. “Fənərbaxça”lı futbolçuların əllərini, ayaqlarını da biz bağlamışdıq?”

Polat vəzifə başında olduğu müddətdə heç bir saxtakarlıq etmədiyini də bildirib: “Əziz Yıldırımın yerində olsaydım, camiə məni Metris həbsxanasında dəfn edərdi. Camiə deyəndə lisey məzunlarını deyirəm. Onsuzda 8 aydır mənim dönəmimi araşdırırlar. Amma “Qalatasaray”ın azarkeşi hər zaman mənə sahib çıxıb və çıxacaq da”.

Polat bir sıra etiraflar da edib: “Adnan Sezgini bir il əvvəl göndərməli idim. Hakan Şükürü yola salmaq səhv idi. 1-2 mövsüm də qala bilərdi. Frank Raykardı gətirəcəyimi deyəndə kimsə inanmadı. Fatih Terimə təklif göndərdim. Amma komandanın baş məşqçisi olduğu müddətdə danışmayacağını bildirdi. Raykardı istefaya göndərəndən sonra onunla görüşdüm. Amma şəxsi problemləri səbəbindən razılaşmadı”.