“Neftçi”nin köhnə tanışı 2-ci pillədə
15.03.2012 - 10:40
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Asiya qitəsinin ən yaxşı klublarının adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qurum XXI əsrin ilk 11 ili üçün Asiya üzrə ən yaxşıların cədvəlini tərtib edib. Siyahıda 291 klub yer alıb. Hesabında 921 xal olan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu Asiyanın ən yaxşısı olub. Bu ölkənin digər komandası “Əl-İttihad” və SSRİ çempionatlarından “Neftçi”yə yaxşı tanış olan Özbəkistan “Paxtakor”u 2-ci pilləyə şərikdirlər. Bu komandaların hərəyə 869,5 xalı var.
0
0