Aleksandr Şoliç: Hesab 3:0 olanda, komandada arxayınçılıq yarandı
15.03.2012 - 11:42
“AZAL-la kubokun 1/4 final mərhələsinin ilk görüşü çətin keçdi. Mən matçdan əvvəl də bu mərhələni keçəcəyimizə inanırdım”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı”nın futbolçusu Aleksandr Şoliç deyib.
Xorvatiyalı yarımmüdafiəçi Azərbaycan kubokunun 1/4 final mərhələsinin AZAL-la ilk oyunu (3:1) haqda fikirlərini açıqlayıb. Onun fikrincə, hesab 3:0 olanda komandada arxayınçılıq yarandı: “Bu üzdən son 30 dəqiqədə işimiz çox çətin oldu. Lakin ümumi götürəndə, yaxşı oynadıq. Cavab görüşündə də belə oynasaq, mərhələ adlayan komanda biz olacağıq. Konkret öz oyunuma gəlincə, hər matçda belə çıxış etməyə çalışıram. Bəzən alınır, bəzən çətin olur. Amma istənilən halda, var qüvvəmi meydanda qoyuram”.

- "Trabzonspor"dan müdafiəçi transferi - İspaniyadan Türkiyəyə
- İkardi İspaniya yolunda- İki La Liqa klubu hücumçunu istəyir
- Qrinvud İstanbulda - “Fənərbaxça”nın yeni transferi azarkeşlərlə görüşəcək
- Təmsilçilərimizin avrokubok matçları bu kanallarda - TV AFİŞA
- "Arsenal" və "Fransa"ya şok: Saliba yarım il oynamayacaq
0
0