2 milli komanda Azərbaycana buraxılmadı
15.03.2012 - 12:23
2 milli komanda Azərbaycana buraxılmadı
17 yaşadək qızlardan ibarət milli komandalar arasında futbol üzrə Cənubi Amerika çempionatında III tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, A qrupunda keçirilən növbəti 2 qarşılaşma əvvəlki oyun günləri qədər məhsuldar alınmayıb. Peru və Ekvador hərəyə 1 qol vuraraq heç-heçə ilə kifayətlənibsə, Uruqvay yarışın təşkilatçısı Boliviyanı məğlub edib – 2:1.

Bu il Azərbaycanda keçiriləcək dünya çempionatına seçmə xarakteri daşıyan yarışın ilk 3 turundan sonra A qrupunda ikihakimiyyətlilikdir. Argentina və Uruqvay yığmaları 2 oyundan 6 xalla liderlik edir. Eyni sayda oyun keçirən meydan sahiblərinin 3 xalı var. Yarımfinal şanslarını itirən autsayderlər Peru və Ekvador 3 matçdan 1 xal qazanıblar.