7-ci dəfə - STATİSTİKA
27.04.2012 - 11:21
7-ci dəfə - STATİSTİKA
Avropa Liqasının finalında keçiriləcək “Atletik” – “Atletiko” qarşılaşması avrokuboklar tarixində eyni ölkə təmsilçilərinin 93-cü dueli olacaq. Apasport.az saytının məlumatına görə, Superkubok, İntertoto kuboku və Kuboklar kuboku da nəzərə alınmaqla, indiyədək 92 dəfə eyni ölkənin klubları qitə yarışlarında üz-üzə gəlib.

“Atletik” və “Atletiko” avrokuboklarda 29-cu dəfə ispan duelini gerçəkləşdirəcək. İndiyədək “Atletik” 1, “Atletiko” 5 dəfə həmyerliləri ilə görüşüb. Bilbao təmsilçisi yeganə dueldə “Barselona”nı udubsa, madridlilər 5 derbidən 3-də qalib olub.

50-ci dəfə Avroliqada (əvvəl Yarmarkalar kuboku və UEFA kuboku) eyni ölkə təmsilçiləri görüşəcək. Yalnız finallara nəzər saldıqda isə 18-ci dəfə kubokun sahibi eyni ölkə təmsilçilərinin qarşılaşmasında müəyyənləşəcək. Bunların 12-si Avroliqaya aiddir.

Superkuboku da saysaq, 7-ci dəfə finalda İspaniya klubları üz-üzə gələcək ki, bununla da İtaliyaya məxsus rekord təkrarlanacaq.

Avrokuboklarda ispan finalları
Avropa Liqası (əvvəl Yarmarkalar kuboku və UEFA kuboku)

1961/62. “Valensiya” – “Barselona” – 6:2, 1:1
1963/64. “Saraqosa” – “Valensiya” – 2:1
1965/66. “Barselona” – “Saraqosa” – 0:1, 4:2
2006/07 “Sevilya” – “Espanyol” – 2:2, p.3:1

Çempionlar liqası
1999/2000. “Real” – “Valensiya” – 3:0

Superkubok
2005/06 “Sevilya” – “Barselona” – 3:0