“Neftçi” çempion?
27.04.2012 - 11:53
Ölkə kubokunun yarımfinal mərhələsinin görüşləri ilə əlaqədar Premyer Liqada ardıcıl 2-ci tur ilk “altılıq” oyunları bazar günü keçiriləcək. Apasport.az saytının məlumatına görə, çərşənbə günü kubok matçlarına çıxan komandaların daha çox istirahət etmələri üçün çempionat qarşılaşmaları həftənin son gününə salınıb. Ötən dəfə olduğu kimi, tura şənbə günü 2-ci “altılığ”ın 2 görüşü ilə start veriləcək. Çempionluğa böyük ölçüdə aydınlıq gətirəcək həlledici oyunlar Bakıda keçiriləcək.
“Neftçi” - “Qarabağ” derbisi cari mövsüm üçün son pərdə olacaq. Kubokdan kənarda qalan “Qarabağ”ın “Xəzər Lənkəran”ın 6 xala qovuşmasından sonra Avroliqaya çıxmaq işi çətinləşib. 4-cü pilləyə düşən ağdamlılar bu üzdən qalan 3 turda maksimum xal toplamalıdırlar. “Neftçi” isə qələbə sayəsində çempionluğu rəsmiləşdirmək imkanına malikdir. Bu, “Xəzər Lənkəran”ın xal itirəcəyi təqdirdə gerçəkləşəcək.
2-ci pilləyə qayıdan lənkəranlıların “İnter”lə səfər matçının çətin olacağını nəzərə alsaq, bu, realdır. “Bankirlər” 3-cü pilləyə düşsələr də, çempionluq şansları nəzəri cəhətdən qalır. Ancaq komanda indi daha çox Avroliqaya vəsiqəni təmin etmək haqda düşünür. Çünki “İnter” də ölkə kubokunun yarımfinalında uduzduğundan, bu turnirdən Avropaya getmək şansını itirdi. Onun hazırda çempionatda qərarlaşdığı yer Avroliqaya vəsiqə versə də, ən yaxın izləyicisi “Qarabağ”dan cəmi 2 xal irəlidədir. Üstəlik, “İnter”i növbəti turda Ağdama səfər gözləyir və rəqibi ilə oyun öncəsi üstünlüyü qorumaq lazımdır.
“İnter”lə “Xəzər Lənkəran” kubokun 1/4 final mərhələsində rəqib olduqlarından, cari mövsümdə 6-cı dəfə üzləşəcəklər. Cənublular kubokda məğlubiyyətin əvəzini çempionatda çıxa bildilər ki, evdə 2:0 hesablı qələbə qazandıqları həmin oyun böyük əks-səda doğurdu. Belə ki, komandaların baş məşqçiləri – Yunis Hüseynovla Kaxaber Sxadadze arasında insident yaşandı. “İnter” indi həmin məğlubiyyətinin əvəzini çıxmağa çalışacaq. “Xəzər Lənkəran” isə çempionluq şansını saxlamaq üçün mütləq qalib gəlib, “Neftçi”nin büdrəməyini gözləməlidir.
“İnter” - “Xəzər Lənkəran” oyununun vaxtı canlı yayıma görə dəyişdirildiyindən, komandalar “Neftçi” – “Qarabağ” matçı bitəndən sonra meydana çıxacaq. Onlar həmin vaxt rəqiblərinin, əsasən də liderin nəticəsini bilərək, strategiyalarını müəyyənləşdirmək imkanına malik olacaq.
İlk “altılıq”da sonda gedən “Qəbələ” ilə “Bakı” Avroliqaya vəsiqə verə bilən 4-cü yer uğrunda mübarizəsini davam etdirir. Komandalar cari mövsümə başladıqları Qəbələdə görüşəcək və uduzan Avropaya getmək şansını demək olar itirəcək. Bu, əsasən “Qəbələ”yə ona görə aiddir ki, komanda kubokdan əlini üzüb. “Bakı” isə turnirin finalına çıxdığından, özünü bu planda rahat hiss edir.
28 aprel
16:00. “Turan” – “Sumqayıt”
Tovuz. Şəhər stadionu
Cari mövsümdəki oyunlar – 1:0, 0:1, 1:1
16:30. “Rəvan” – “Kəpəz”
Bakı. “Dalğa Arena” stadionu
Cari mövsümdəki oyunlar – 1:2, 2:3, 0:1
29 aprel
17:00. “Qəbələ” – “Bakı”
Qəbələ. Şəhər stadionu
Cari mövsümdəki oyunlar – 0:0, 1:2, 1:2
17:00. “Neftçi” – “Qarabağ”
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
Cari mövsümdəki oyunlar – 3:2, 2:1, 0:0
18:15 AZAL – “Simurq”
Bakı. “AZAL Arena” stadionu
Cari mövsümdəki oyunlar - 3:0, 5:1, 2:1
19:00. “İnter” – “Xəzər Lənkəran”
Bakı. “Şəfa” stadionu
Cari mövsümdəki oyunlar – 1:0, 1:0, 0:2

0
0