Yığmamızın oyununda israilli “casus”
27.04.2012 - 11:58
Yığmamızın oyununda israilli “casus”
Mayın 30-da Frankfurtda Azərbaycan millisinin Andorra ilə keçirəcəyi yoldaşlıq oyununun israilli məşqçi də izləyəcək. Apasport.az saytının məlumatına görə, bu qarşılaşma millimizin DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərindən olan İsrail millisinin də diqqət mərkəzindədir. Belə ki, Azərbaycan – Andorra oyununu izləmək üçün İsrail millisinin baş məşqçisinin köməkçisi Yossi Abuksis Frankfurta ezam olunacaq.