“Xəzər Lənkəran”ın sabiq hücumçusu “Atletiko” ilə matçın qəhrəmanı oldu
27.04.2012 - 13:08
“Xəzər Lənkəran” klubunun sabiq futbolçusu Allan Lalin vətəni Hondurasda diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, hücumçu futbol üzrə Honduras çempionatında Klausuranın ¼ final mərhələsinin “Real Espana” və “Atletiko Koloma” arasında ilk oyunun qəhrəmanı olub.
Lalin 1:0 hesabı ilə bitən görüşdəki yeganə qolu vurub. 2011/12 mövsümündəki qol sayını 6-ya çatdıran Allan cavab oyunu haqda fikirlərini də açıqlayıb: “Böyük rəqiblə qarşılaşmada yaxşı oynadıq. Qələbə qazandığımıza sevinirik. Bu futboldur, cavab oyununda hər şey ola bilər. Çalışacağıq ki, səfərdə də qalib gələk”

0
0