Kaqava millimizlə oyun öncəsi çətin vəziyyətə düşdü
27.04.2012 - 13:57
Yaponiya millisinin futbolçusu Sindzi Kaqava Azərbaycan yığması ilə yoldaşlıq görüşü öncəsi çətin vəziyyətdə qalıb. Apasport.az saytının məlumatına görə, 23 yaşlı yarımmüdafiəçinin oynadığı Dortmund “Borussiya”sı ondan gələcək taleyini tez müəyyənləşdirməyini istəyir.
Məsələ ondadır ki, Kaqavanın müqaviləsi gələn il bitir və dortmundlular onun anlaşmasını uzadacağını, yoxsa digər kluba transfer olunacağını indidən bilmək fikrindədir. İstedadlı futbolçuya Avropanın böyük klublarının marağı yetərincə çoxdur və “Borussiya” onu zorla müqaviləni uzatmağa məcbur etmək niyyətində deyil. Yarımmüdafiəçi isə tələsik qərar çıxarıb, səhv etmək istəmədiyindən, vaxt qazanmaq istəyir.

0
0