Berti Foqts: Əvvəlcə iddiasızlar, ardınca liderlər
27.04.2012 - 14:23
Berti Foqts: Əvvəlcə iddiasızlar, ardınca liderlər
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Premyer Liqanın XXX turu çərçivəsində 3 oyunu canlı izləyəcək. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis aprelin 28-də keçiriləсэk ikinci “altılıq”dan “Rəvan” – “Kəpəz” matçına baxacaq. 1 gün sonra isə ilk “altılıq”dan “Neftçi” – “Qarabağ” və “İnter” – “Xəzər Lənkəran” oyunlarını stadionda izləyəcək.