18 min illik müqavilə
28.04.2012 - 11:11
18 min illik müqavilə
İngiltərənin “Bolton” futbol klubunun 30 yaşlı müdafiəçisi, islandiyalı Qretar Steynsson klubu ilə 18 002 illik müqavilə bağlayıb. Lent.az-ın “TCN”ə istinadən verdiyi məlumata görə, müdafiəçinin müqaviləsi 20 014-cü (!) ildə başa çatır. Belə bir ağlasığmaz müqaviləyə isə texniki səhv səbəb olub.

“Səyyahlar” müdafiəçi ilə müqaviləni 2014-cü ilə qədər uzatmağı nəzərdə tutublarmış. Amma texniki işçinin səhvi ucbatından müqaviləyə “0” əlavə olunub və yekunda bu rəqəm 20 014-cü il yazılıb.

Steynsson müqavilədəki səhv tapıldıqdan sonra zarafat edib: “Düzünü desəm, müqaviləmi cəmi 1 il müddətinə uzatmaq istəsəm də, 18 min il aldım. Mən 20 014-cü ildən sonra karyeramı başa vuracam”.

Öz növbəsində “Bolton”un bossu Fil Qartsayd da zarafata zarafatla cavab verib: “Güman edirəm ki, Qretarın təcrübəsi növbəti 180 əsr müddətində komandamıza kömək edəcək».

Yekunda müqavilə yenidən çap olunub və doğru variantda imzalanıb.