Təbriz Həsənov: Fiziki cəhətdən bəzi oyunçular istənilən səviyyədə deyil
28.04.2012 - 14:01
“Turnirə qələbə ilə başlamaq istəyirdik. Sevindiricidir ki, istəyimizə nail olduq”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan milli komandasının (U-17) baş məşqçisi Təbriz Həsənov deyib.
O, Qazaxıstanın Almatı şəhərində təşkil olunmuş “Prezident kuboku”nda Azərbaycan və Gürcüstan yığması arasında bu gün keçirilmiş oyundan sonra fikirlərini bildirib: “Qələbə qazanmağımıza baxmayaraq, komandada müəyyən çatışmazlıqlar var. Əsasən fiziki cəhətdən bəzi oyunçular istənilən səviyyədə deyil. Növbəti oyunlara da qələbə qazanmaq üçün çıxacağıq”.
Qeyd edək ki, yığmamız gürcüstanlı həmyaşıdlarına 1:0 hesabı ilə qalib gəlib.
Mənbə: affa.az

- "Qalatasaray"dan Bremerə təklif – İllik 8 milyon avro
- Olise ilə bağlı qalmaqal – 20 aylıq qızı var imiş
- Superliqada yeni qaydalar – VAR-ın səlahiyyəti genişləndirildi
- Lemina ilə razılıq əldə olundu – "Qalatasaray" müqaviləni uzadır
- Kyellinidən Ronaldo etirafı – "Mənim üçün bütün zamanların ən yaxşısıdır"
0
0