“Bizə çətin olacaq”
28.04.2012 - 18:14
“Çox yaxşı qol imkanlarımız oldu, təəssüf ki, yalnız birindən istifadə edə bildik”. Apasport.az saytının məlumatına görə, bunu “Turan”la oyundan sonra “Sumqayıt”ın baş məşqçisi Bernhard Raab deyib.
Almaniyalı mütəxəssis 1:1 hesabı ilə bitən matçda yetirmələrinin yaxşı oynadığı qənaətindədir: “Komandam yaxşı oyun göstərdi, 1 xal qazandıq. Lakin biz qələbə qazanmaq istəyirdik. Gələcək oyunlarda xal qazanmaq bizə çətin olacaq”.
“Turan”ın baş məşqçisi Əsgər Abdullayev isə yaratdıqları qol epizodlarında yararlanmadıqları üçün təəssüflənib: “İlk hissədə yaratdığımız 4 qol epizodundan yararlana bilmədik. Futbolda vurmayana – vurarlar qaydası var. Futbolçularıma topu saxlamağı tapşırmışdım. “Sumqayıt” bu gün daha yaxşı oyun göstərdi. Xalları itirdiyimiz üçün təəssüflənirəm”.

- "Qalatasaray"dan Bremerə təklif – İllik 8 milyon avro
- Olise ilə bağlı qalmaqal – 20 aylıq qızı var imiş
- Superliqada yeni qaydalar – VAR-ın səlahiyyəti genişləndirildi
- Lemina ilə razılıq əldə olundu – "Qalatasaray" müqaviləni uzadır
- Kyellinidən Ronaldo etirafı – "Mənim üçün bütün zamanların ən yaxşısıdır"
0
0