Azərbaycanlı futbolçu ilə oyunda ardıcıl 2-ci çempionluq
29.04.2012 - 09:10
Rusiya Premyer Liqasının qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Zenit” ardıcıl 2-ci dəfə ölkə çempionluğunu qazanıb. Tarixində 3-cü dəfə Rusiya çempionu olan Sankt-Peterburq klubu son uğurunu hesabat turunda ən yaxın izləyicisi olan Moskva “Dinamo”su üzərində evdə qazandığı 2:1 hesablı qələbə ilə rəsmiləşdirib. “Zenit” sona 3 tur qalmış 2-ci yerdə gedən komandanı 15 xal qabaqlayır. O, ilk çempionluğunu 2007-ci ildə qazanıb.
Qeyd edək ki, əslən Azərbaycandan olan Aleksandr Səmədov “Dinamo”nun heyətində 90 dəqiqə oynayıb.
Qeyd edək ki, əslən Azərbaycandan olan Aleksandr Səmədov “Dinamo”nun heyətində 90 dəqiqə oynayıb.
0
0