Millimizin futbolçusu meydana daxil oldu, Ömər qol vurdu
29.04.2012 - 10:00
Azərbaycan milli komandasının futbolçusu Cihan Özkara Türkiyə Superliqasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Berti Foqtsun Yaponiya və Andorra yığmaları ilə yoldaşlıq görüşünə çağırdığı “Sivasspor”un hücumçusu ikinci “dördlüy”ün final mərhələsində “İstanbul Böyükşəhir Bələddiyyəspor”a səfərdə 2:4 hesabı ilə uduzduqları oyunda son 9 dəqiqədə meydanda olub. Həmin vaxt qonaqlar hesabda 1:4 geridə olub və Cihanın meydana daxil olmağı komandasına düşərli olub. Belə ki, Ömər 88-ci dəqiqədə meydan sahiblərinə qol vurub və bu, oyunda son nöqtə olub.
“Sivasspor”un bu məğlubiyyətindən sonra İstanbul təmsilçisi ona çatıb və hər ikisinin 29 xalı var. Ancaq futbolçumuzun komandası top fərqində hələ ki 1-dir.
“Sivasspor”un bu məğlubiyyətindən sonra İstanbul təmsilçisi ona çatıb və hər ikisinin 29 xalı var. Ancaq futbolçumuzun komandası top fərqində hələ ki 1-dir.
0
0