“Barsa”dan Erik Abidalın yerinə 15 milyon avroluq transfer
29.04.2012 - 10:49
“Barsa”dan Erik Abidalın yerinə 15 milyon avroluq transfer
“Barselona” cari mövsümün bitməsini gözləmədən ilk transferini reallaşdırır. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının son qələbə İspaniya yığmasının sol cinah müdafiəçisi Xordi Albanı heyətinə cəlb edir. Artıq bununla bağlı “Barsa” ilə futbolçunun oynadığı “Valensiya” klubu arasında razılıq əldə olunub. Albanın transferi 15 milyon avroya başa gələcək.

Qeyd edək ki, Alba “Barsa”nın yaxında qaraciyər köçürülməsindən əməliyyat olunaraq, yaşıl meydana qayıdışı sual altında olan fransalı sol cinah müdafiəçisi Erik Abidalın mövqeyinə transfer olunub.