Araz Abdullayevin komandasını darmadağın etdi, kuboku qazandı
29.04.2012 - 11:29
Yunanıstanın “Olimpiakos” klubu mövsümü “qızıl dubl”la başa vurub. Apasport.az saytının məlumatına görə, Pirey təmsilçisi çempionluğun ardından tarixində 25-ci dəfə ölkə kubokunu qazanıb. Ölkənin ən titullu klubu buna “Atromitos”la final oyununda 2:1 hesablı qələbə ilə nail olub. Özü də 1:1 hesabı ilə nəticələnən matçda qələbə topu oyun sonrası penaltilər seriyasına 1 dəqiqə qalmış vurulub.
“Olimpiakos” bu uğura gedən yolda Azərbaycan yığmasının futbolçusu Araz Abdullayevin icarə əsasında oynadığı “Panionios”u keçmişdi. Bu, yanvarın 25-də 14 final matçında olmuşdu. Pireydə keçirilən həmin oyun meydan sahiblərinin böyük hesablı qələbəsi ilə nəticələnmişdi – 4:0. Araz darmadağında iştirak etməyərək, matçı ehtiyat oyunçular skamyasından izləmişdi. Maraqlıdır ki, sol cinh yarımmüdafiəçisi bunadək komandasının heyətində meydana çıxaraq, ilk dəfə ehtiyatda qaldı. Baş məşqçi Akis Mantzios Araza Pirey klubuna çempionatda səfərdə 0:2 hesabı ilə uduzduqları matçda da şans vermədi.
Qeyd edək ki, “Olimpiakos” Çempionlar Liqasında oynayacağından, “Atromitos” çempionun finalçısı kimi Avroliqaya vəsiqə qazanıb və klublarımız potensial rəqiblərindən biri olub.

0
0