Çempionlar Liqasının finalçıları futbolçularının bağışlanmağını istəyir
29.04.2012 - 13:18
Çempionlar Liqasının finalçıları futbolçularının bağışlanmağını istəyir
Çempionlar Liqasının finalında görüşəcək “Çelsi” ilə “Bavariya” cəzalı futbolçularının bağışlanmağını istəyir. Apasport.az saytının məlumatına görə, komandalar vərəqə limitini aşdığına görə həlledici matçı buraxmalı olan 6 oyunçuların cəzalarının ləğv olunmağını UEFA-dan birgə xahiş edir. Qitə futbol qurumu hər kluba ayrılıqda rədd cavabı verib. O, bunu turnirin qaydalarının onun startına qədər müəyyənləşməyi ilə əsaslandırıb.

“Çelsi”nin italiyalı baş məşqçisi Roberto Di Matteo məsələyə belə münasibət bildirib: “Əgər minimal imkan varsa, biz bunu istifadə etməyə çalışacağımız şübhəsizdir. Ancaq fikrimcə, bu, həddən artıq çətin olacaq”.

Qeyd edək ki, finalçıların hərəyə 3 futbolçusu cəzalıdır. Bunlar “Çelsi”dən Bronislav İvanoviç, Viktor Ramires, Raul Meyreleş, “Bavariya”dan Holger Badştuber, Luis Qustavo və David Alaba mayın 17-də “Alyans Arena”da meydana çıxmayacaq. London klubunun kapitanı Con Terri isə “Barselona” ilə cavab yarımfinal oyununda birbaşa qırmızı vərəqə aldığından, ən azı 2 oyunluq cəzalıdır.