“Altılıq” sistemi yığışdırılmalıdır”
29.04.2012 - 13:41
“Kəpəz” klubunun yarımmüdafiəçisi Ceyhun Sultanovun müsahibəsi
- “Rəvan”la oyunda nə baş verdi ki, 1:5 hesabla yenildiniz?
- Normal başlamışdıq. Qırmızı vərəqədən sonra çətin oldu. Problem yarandı və belə olan təqdirdə oyunu çevirə bilmədik. Qol vurduq, ancaq davamı gəlmədi.
- Sizcə qırmızı vərəqə yox idi?
- Sərt oynadı. Amma güzəşt etmək olardı.
- Hesabın bu cür olması “Kəpəz”ə yaraşmadı?
- Başlayanda yaxşı oynadıq. Qola qədər işimiz pis getmirdi. Hesab açıldıqdan sonra “Rəvan” daha yaxşı oynadı.
- Cari mövsümdə “Rəvan”ın “Kəpəz”i yenə bilməməyi onların oyuna daha yaxşı hazırlaşmasına səbəb ola bilərmi?
- Ola bilsin, onlar daha yaxşı hazırlaşmışdı. Amma qırmızı çox şeyi həll etdi.
- Artıq 4 oyundur ki, uduzursunuz. Bunun səbəbini nədə görürsünüz?
- Dəqiq bir şey deyə bilmərəm. Niyə belə olur, aydın deyil. Futbolda belə şeylər olur. Komandada stimul yoxdur. Hansı yerlər uğrunda oynadığımızı bilmirik. Çempionatın bu formatda keçirilməsi məni qane etmir. “Altılıq” sistemi yığışdırılmalıdır. Çünki ikinci “altılıq”la maraqlanan yoxdur. Hamı diqqətini yetirib birinci “altılıq”a. Belə olanda istər-istəməz komandada maraq ölür.
- Yəni komanda oynamır?
- Oynayırıq. Amma yenə deyirəm, maraq olmur. 3-4 oyun uduzmaq futbolda var. Uduzduğun kimi, udmaq da var. Futbolda nəticəni əvvəlcədən müəyyənləşdirmək olmur. İki oyunumuz qalıb, onu da uğurlu sonluqla bitirəcəyik.
- Bu gedişlə pley-offa qalacağınızdan çəkinmirsiz? Halbuki bir qədər əvvəl “Kəpəz”in vəziyyəti daha yaxşı idi...
- Pley-offa qalmayacağıq. İki oyunumuz var, onu da udub, mövsümü major notda qapamaq istəyirik. “Kəpəz”in Premyer Liqadakı yerini itirəcəyinə inanmıram.
- Mövsümün gedişində ən çox baş məşqçi dəyişikliyinə əl atan komanda “Kəpəz” oldu. Yəqin ki, bu gün aşağı pillələrdə qərarlaşmağınızda bunun da rolu var...
- Baş məşqçi dəyişikliyinin çox təsiri oldu. Əlbəttə, mənfi təsir göstərdi. Düzdür, taktiki baxımdan elə də ciddi dəyişiklik edilmədi. Amma hər dəyişiklik bir yenilikdir.
- Mövsüm başa çatmaq üzrədir. Yeni çempionatla bağlı planlarınızı necədir?
- Müqaviləm başa çatmaq üzrədir. Dəqiq necə olacağına qərar verməmişəm.
- Klubdan qalmağınızla bağlı təklif varmı?
- Hələ ki, heç kimlə danışığımız olmayıb. Çempionat qurtardıqdan sonra vəziyyətə baxacağıq.

0
0