Millidə Süleymanova əvəzləyici tapıldı
30.04.2012 - 11:23
Mayın 1-dən 6-dək Latviyanın paytaxtı Riqada təlim-məşq toplanışı keçirəcək 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, toplanışa dəvət olunmuş futbolçuların siyahısında yer alan Coşqun Süleymanov heyətdən çıxarılıb. Buna səbəb onun zədəli olmasıdır. Onun əvəzinə yığmaya “Bakı” klubunun üzvü Rafiq Zamanov dəvət olunub.
0
0