Mahir Şükürovun adı siyahıdan çıxarıldı
30.04.2012 - 12:15
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2012-ci ildə keçirilən qarşılaşmaların ən məhsuldar oyunçularının yeni siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, milli komandaların görüşlərində və qitə kuboklarında ən azı 4 qol vuran futbolçuların cədvəlində 47 bombardir qərarlaşıb. Bunların 22-si sonuncu dəfə 1 ay əvvəl açıqlanan siyahıya yeni daxil olub.
Siyahıya qol sayını 11-ə çatdıran Lionel Messi başçılıq edir. Argentina yığmasında 3, İspaniya “Barselona”sında 8 qol vuran hücumçu ən yazın izləyicisi Klaas Yan Huntelaarla fərqi 2-yə çatdırıb. Almaniya “Şalke”sində 8, Hollandiya yığmasında 1 qol vuran sonuncunun hesabında 9 top var.
3-cü pillənin sahibi isə dəyişib. Madrid “Atletiko”su ilə Avropa Liqasında 7, Kolumbiya millisində 1 dəfə fərqlənən Radamel Falkao ilk “üçlüy”ə daxil olub.
Siyahıda Azərbaycan təmsilçiləri yer almayıb. Çünki ən məhsuldar futbolumuz olan Mahir Şükürov 4-dən az – cəmi 2 dəfə fərqlənib. O, milli komandanın Dubay toplanışındakı yoxlama görüşlərində buna nail olub.
Düzdür, İFFHS texniki səhvə yol verərək, 1 ay əvvəl Mahiri 4 qolla siyahıya daxil etmişdi. Lakin artıq həmin xətanı aradan qaldıran beynəlxalq qurum Şükürovun adını siyahıdan çıxarıb.

0
0