İngiltərə yığması Bakıda rüsvay olan baş məşqçini seçdi
30.04.2012 - 15:39
İngiltərə milli komandası yeni baş məşqçisini müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, bu ilin fevralında istefa verən italiyalı Fabio Kapellonu yerli mütəxəssis Roy Hocson əvəzləyəcək. İngiltərə Futbol Assosiasiyası təcrübəli çalışdırıcı ilə danışıqlara başlamalarına icazə vermələri üçün onun işlədiyi Premyer Liqa təmsilçisi “Vest Bromviç”ə rəsmi məktub göndərib.
Hocsonun klubla müqaviləsi iyunun 30-da bitəcək. Ancaq “Vest Bromviç” baş məşqçisinə anlaşması başa çatmayana kimi İngiltərə yığmasına rəhbərlik etməyə əngəl törətməyəcək. Bu posta əsas namizəd olan “Tottenhem”in ingilis çalışdırıcısı Harri Rednapp artıq təyinatdan əlini üzərək, həmkarına uğurlar arzulayıb.
Qeyd edək ki, Hocson məşqçilik karyerasında ağır məğlubiyyətlərinin birini Bakıda alıb. Bu, 2007-ci ilin martında çalışdırdığı Finlandiya yığmasının milli komandamıza Tofiq Bəhramov adına Respublika stadionunda 0:1 hesabı ilə uduzduğu rəsmi oyundur.

0
0