“Qarşılaşma heç kimi biganə qoymadı”
30.04.2012 - 16:09
“Oyun maraqlı alındı, hər iki komanda son dəqiqəyədək mübarizə apardı. Düşünürəm ki, qol vurulmasa da, qarşılaşma heç kimi biganə qoymadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun futbolçusu Samir Zərgərov deyib. Yarımmüdafiəçi Premyer Liqanın XXX turunun “Xəzər Lənkəran”la oyunu haqda fikirlərini klubunun rəsmi saytına açıqlayıb: “Artıq mövsümün sonudur və futbolçularda yorğunluq var. Ancaq biz bu vəziyyətin hərəkətlərimizə təsir göstərməməsi üçün var-gücümüzlə oynamağa çalışdıq. Qarşıda bizi daha vacib oyunlar gözləyir və həmin matçlara daha diqqətlə yanaşmalıyıq”.
Qeyd edək ki, “İnter” – “Xəzər Lənkəran” oyunu 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, “İnter” – “Xəzər Lənkəran” oyunu 0:0 hesabı ilə başa çatıb.
0
0