“Hakim bizim əvəzimizə qol vurası deyil ki...”
30.04.2012 - 23:04
“Neftçi” klubunun yarımmüdafiəçisi Rəşad Abdullayevin apasport.az saytına müsahibəsi
- Sizi çempionluq münasibətilə təbrik edirik. “Qarabağ”la oyun bu baxımdan sizin üçün əhəmiyyətli idi.
- Çətin oyun idi. Qələbə bizi çempionluğa daha da yaxınlaşdıracaqdı. Həm də doğma meydanda oynayırdıq. Ona görə də udub, titulumuzu rəsmiləşdirmək istəyirdik. Qol buraxdıq, amma sonradan hesabı bərabərləşdirdik.
- Qarşılaşma sizin üçün heç də yaxşı başlamamışdı. Rəqib penaltidən istifadə edə bilmədi.
- Penalti qol olsaydı, oyun başqa cür də yekunlaşa bilərdi. Qapıçımız həmin epizodda yaxşı oynadı. O, topun tora daxil olmasına imkan verməməklə komandaya ruh verdi. Qismət belə imiş.
- Vurduğunuz qol həqiqətən də çempionatın ən baxımlı qollarından biri idi. Zərbə anında özünüzə inanırdızmı?
- Son vaxtlar mətbuatda çox oxuyurdum ki, Rəşad artıq əvvəlki formasında deyil, özünə bənzəmir. Bu baxımdn həmin qol mənim üçün çox vacib idi. Gözəl qol alındı. Belə çətin oyunlarda komandanı irəli çıxarmağa öyrəşmişəm.
- Amma çempionluğun rəsmiləşdiyini öyrənməyiniz üçün oyundan sonra 2 sat gözləməli olduz. “İnter” – “Xəzər Lənkəran” dueli heç-heçə başa çatdıqdan sonra çempionluğunuzu necə qeyd etdiniz?
- Əslində, oyundan sonra avtobusda qeyd etməyə başlamışdıq. Dua edirdik ki, “Şəfa”dakı oyun heç-heçə başa çatsın. Təbii ki, titulumuzu daha yaxşı şəraitdə qeyd edəcəyik. Tarixi hadisədir. İkinci dəfə ardıcıl çempion olmaq hər komandaya qismət olmur. Biz həm də öz rekordumuzu yenilədik.
- Ötənilki çempionluqla indikini müqayisə edə bilərsiz?
- Hərəsinin öz yeri var. Bunu kimsə bizə hədiyyə etməyib ki? Hər iki çempionluğu qazanmaq üçün əziyyət çəkmişik. Həm də bu çempionluq göstərdi ki, bizim heç kimin köməyinə ehtiyacımız yoxdur. Sadəcə, güclü futbolçularımız var. Ötən il çox deyirdilər ki, hakimlərin köməyi ilə qızıl medalları qazanmışıq. Biz oynamadıqdan, epizod yaratmadıqdan sonra hakim bizim yerimizə qol vurası deyil ki...
- Ötən yay Çempionlar Liqasında heç də uğurlu çıxış etmədiniz. Bu dəfə azarkeşləri sevindirmək mümkün olacaqmı?
- Rəhbərlik heyəti qorusa, bir-iki nəfər də əlavə etsə, uğur qazanmaq olacaq. Rəqibimizi gözləyirik. Ötən il həqiqətən də çox güclü komanda ilə qarşılaşdıq. Düzdür, Avropada güclü-zəif rəqib anlayışı yoxdur. Ancaq həmin vaxt səbətdə ən güclü komanda Zaqreb “Dinamo”su idi ki, o da bizim rəqibimiz oldu. Bu dəfə kiminlə qarşılaşmağımızadan asılı olmayaraq, mərhələ adlayıb, azarkeşlərimizi sevindirmək istəyirik.
- İstər “Xəzər Lənkəran”la, istərsə də “Neftçi” ilə növbəti avrokuboklarda mərhələyə yüksəlməmisiz. Bu digər ölkə təmsilçilərinin bizdən çox güclü olması anlamına gəlmir?
- Əlbəttə, rəqibdən də çox şey asılıdır. Amma yayda bu uğursuz seriyaya son qoyacağıq.
- Bu titulu kimə ərməğan edirsiz?
- Məni sevənlərə, ailəmə, rəhbərliyə, “Neftçi”ni dəstəkləyən hər kəsə həsr edirəm.
- Mövsümün sonunda daha bir vacib oyununuz qalıb. “Bakı” ilə ölkə kubokunun final oyununu nəzərdə tuturam. “Neftçi” “qızıl dubl” arzusunu reallığa çevirə biləcəkmi?
- Məqsədimiz mövsümü iki kubokl qapamaqdır. Bu nəticə ilə həm də tarixə düşəcəyik. Bu baxımdan ölkə kubokunu da qazanacağımıza inanıram.
- Həm də ən çox titul qazanana futbolçulardansız. Get-gedə kubok qazanmağa marağınız azalmır?
- Bu, futbolçu karyeram üçün vacibdir. Hansı klubda oynamağımdan asılı olmayaraq, titul qazanmaq istəyirəm. Onlara baxanda ürəyim açılır. Klub üçün əziyyət çəkirəm. Nə qədər çox titul qazansaq da, kuboka qarşı maraq azalmır.

0
0