Messi ilə Pele arasındakı fərq
01.05.2012 - 10:12
İspaniya çempionatının “Rayo Vallekano” ilə oyununda dubla imza atan “Barselona”nın futbolçusu Lionel Messi cari mövsüm bütün turnirlərdə vurduğu qolların sayını 65-ə çatdırıb. Apasport.az saytının məlumatına görə, argentinalı ulduz almaniyalı əfsanə Herd Müllerinn rekorduna çatmaq üçün cəmi 2 qol vurmalıdır. Belə ki, “Bavariya”nın hücumçusu 1972/73 mövsümündə 67 qol vurmuşdu.
Hazırda Messi dünya futbol tarixində 4-cü nəticəyə malikdir. O, Macarıstanın “Ferentsvaroş” klubunun oyunçusu Ferens Deak və Braziliya “Santos”unun əfsanəsi “Futbol kralı” Peledən də geri qalır. Macar 1948/49, braziliyalı isə 1958-ci il mövsümündə 66 qol vurub.
İspaniya çempionatının sonuna 3 tur və ölkə kubokunun final oyunu ərəfəsində Lionelin 2 qolluq geriləməni aradan qaldıracağı gözlənilir. Çünki cənubi amerikalının 4 oyuna nəinki Müllerə çatacağı, hətta onu keçəcəyi inandırıcıdır.

0
0