Mourinyo məşhur simanı “Real”dan qovur
01.05.2012 - 10:19
Madrid “Real”ının baş məşqçisi Joze Mourinyonun əfsanəvi futbolçu Zinəddin Zidanla münasibətlər soyuyub. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis uzun illər “Kral klubu”nda oynayan, heyətində Çempionlar Liqasını qazanan, hazırda isə onun idman direktoru olan fransalının komandadan qovulmasını istəyir.
Bu da Mourinyonun Zidanın işindən narazı olmağı ilə bağlıdır. Baş məşqçi idman direktorunun heç bir işlə məşğul olmadığını araşdıraraq, onun klubda ən pis işçi olduğu qənaətinə gəlib.
Zidan “Real”a 3 il öncə prezident Florentino Peresin müşaviri kimi qayıdıb. Onun Mourinyonun 2010-cu ilin mayında madridlilərin baş məşqçisi təyin olunandan sonra komandaya daha yaxınlaşmağı təcrübəli çalışdırıcını narahat edir.
Qeyd edək ki, Zinəddin Fransa yığmasının heyətində dünya və Avropa çempionu olub.

0
0