“Azərbaycanda məni yaxşı tanıyırlar, səviyyəmə bələddirlər”
01.05.2012 - 11:10
“Rəhbərliklə görüşdüm. Sağ olsunlar, məni başa düşərək, digər komandaya keçməyimə imkan yaradıblar”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin transferə çıxardığı serbiyalı futbolçu Lyubo Baranin deyib.
Komandanın mövsüm bitməmiş heyətindən kənarlaşdırdığı təcrübəli müdafiəçi transfer vərəqini aldığını bildirib. İndi Baraninə karyerasını harada davam etdirəcəyini müəyyənləşdirmək qalıb ki, legioner bunun üçün gözləməyi lazım bilir: “Hazırda Bakıda özüm üçün fərdi məşq edirəm. Formamı saxlamağım lazımdır, trenajor zalında çalışıram. Karyeramı hansı komandada davam etdirməklə bağlı danışmaq hələ tezdir. Çünki hələ mövsüm bitməyib”.
Onun sözlərinə görə, vətənindən təklif alsa da, Serbiyada oynamaq istəmir: “Artıq 3 ildir Azərbaycandayam. Bu müddətdə “Qəbələ”nin şərəfini qorudum. Karyeramı burda davam etdirmək istəyirəm. Çünki ölkənizdə məni yaxşı tanıyırlar, futbolçu kimi səviyyəmə bələddirlər. Başqa ölkəyə gedəndə isə özünü tanıtdırmaq, yenidən sübut etmək lazımdır ki, bunun üçünsə vaxt gedəcək. Bu üzdən karyeramı Azərbaycanda davam etdirmək istəyirəm. Ancaq onu deyim ki, hələ heç bir klubunuzdan təklif almamışam, mənimlə əlaqə saxlayan da olmayıb. Serbiyada isə variantım var, ancaq hələ ad çəkmək istəməzdim”.
Baranin bildirib ki, təklif alacağı halda, danışıqlara hazırdır: “Çempionat bitdikdən sonra mövsümlərarası fasilə başlayacaq və klublar transfer işlərinə başlayacaq. Bu müddətdə mənimlə əlaqə saxlasalar, danışıqlara hazıram. Əgər Azərbaycandan təklif almasam, vətənimdəki variantı, digər ölkədə oynamağı nəzərdən keçirəcəyəm”.

0
0