“Paxtakor” > “Neftçi” > “Şaxtyor”
01.05.2012 - 13:20
“Paxtakor” > “Neftçi” > “Şaxtyor”
7-ci dəfə Azərbaycan çempionu olan “Neftçi” klubu ölkə rekordunu yeniləsə də, bu, keçmiş SSRİ məkanında heç də ən yaxşı nəticə deyil. Apasport.az saytının məlumatına görə, postsovet məkanının 13 komandası “ağ-qaralar”la müqayisədə daha çox ölkə çempionluğu qazanıb.

Düzdür, bu 13 komandadan ikisi – “Sport” (Estoniya) və “Riqa” (Latviya) ölkə çempionluqlarını hələ II dünya müharibəsinə qədər olan müstəqillik illərində qazanıblar.

Postsovet məkanının çempionluq rekordçusu isə digər Latviya təmsilçisi “Skonto”dur. 15 qat ölkə çempionunu “Dinamo”lar izləyir. Kiyev və Tiflis komandaları hərəyə 13 dəfə qızıl medallara yiyələnib.

Çempionluq sayında 13 komandadan geri qalan “Neftçi” 7-ci çempionluq sayəsində “Dinamo” (Belarus), “Levadiya” (Estoniya), “İnkaras” (Litva), “Dordoy-Dinamo” (Qırğızıstan) və “Reqar Tadaz”a (Tacikistan) çatsa da, hələ də “Paxtakor” (Özbəkistan), “Zimbru” (Moldova) kimi klublardan geri qalır. Bakılıların 7-ci uğuru Türkmənistan “Kopetdağ”ı və Ukrayna “Şaxtyor”unu keçməyə imkan verdi.

Keçmiş SSRİ məkanında ən çox çempion olan klublar
Azərbaycan: Neftçi - 7
Belarus: BATE – 8, Dinamo – 7
Ermənistan: Pünik – 10
Estoniya: Flora, Sport – 9, Levadiya – 7
Latviya: Skonto – 15, Riqa – 8
Litva: Kaunas – 8, İnkaras – 7
Moldova: Şerif – 10, Zimbru – 8
Rusiya: Spartak – 9
Ukrayna: Dinamo – 13, Şaxtyor – 6
Qazaxıstan: İrtış – 5
Gürcüstan: Dinamo - 13
Özbəkistan: Paxtakor – 8
Qırğızıstan: Dordoy-Dinamo – 7
Tacikistan: Reqar Tadaz – 7
Türkmənistan: Kopetdag – 6