Millimiz İranla bacarmadı
01.05.2012 - 13:24
Millimiz İranla bacarmadı
Futbol üzrə Azərbaycanın 17 yaşadək yığma komandası Qazaxıstanın Almatı şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində 3-cü oyununu keçirib. Apasport.az saytının məlumatına görə, qrip mərhələsinin son oyununda İranla qarşılaşan millimiz 0:3 hesabı ilə uduzub. Bununla, qrupda 2-ci olan yığmamız sabah 3-cü yer uğrunda matçda oynayacaq.

Qeyd edək ki, yığmamız qrupdakı ilk 2 oyununda Gürcüstanı 1, Türkiyəni 2 cavabsız qolla məğlub etmişdi.