Rəşad Sadiqov milliyə niyə çağırılmayıb?
01.05.2012 - 14:00
“İnanmıram ki, millidən kənarda qalmağım oynamamaqla bağlı olsun. Çünki cəmi 2 oyunda ehtiyatda qaldım ki, bu da baş məşqçinin taktikası ilə bağlı idi”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın kapitanı Rəşad Sadiqov deyib.
Yarımmüdafiəçi milli komandamızın Yaponiya və Andorra yığmaları ilə yoldaşlıq görüşlərinə açıqlanan heyətinə salınmayıb. Son vaxtlar “Qarabağ”ın əsas heyətindən kənardan qalmağını zədə və yorğunluqla əlaqələndirən Rəşad millidə son matçını xatırladıb: “Ola bilər ki, çağırılmamağım Fələstinlə yoldaşlıq görüşündə aldığım qırmızı vərəqəyə görədir. Yəqin ki, Foqts buna görə nəsə fikirləşərək, məni çağırmayıb”.
Foqts Sadiqovu vaxtilə millidən kənarlaşdıraraq, uzun fasilədən sonra qaytardı. 29 yaşlı futbolçu almaniyalı çalışdırıcı ilə münasibətlərinin qaydasında olduğunu bildirib: “Aramızda heç bir problem olmayıb. Ola bilər ki, Foqts başqa futbolçulara baxmaq istəyir. Yoldaşlıq görüşləri futbolçuları sınayıb, növbəti seçmə mərhələ öncəsi heyəti müəyyənləşdirmək üçün bir imkandır. Baş məşqçi də bundan istifadə edərək, digər namizədləri də nəzərdən keçirmək istəyib”.
Rəşad ağır mövsümdən sonra istirahət etməyə vaxtının çox olmağının növbəti çempionata daha yaxşı hazırlaşmağına imkan yaradacağını bildirib. Onun fikrincə, indi milliyə dəvət olunan futbolçulara çempionatdan sonra çətin olacaq: “Açığı, indi çağırılmamağım bir tərəfdən ona görə yaxşıdır ki, çempionat bitəndən sonra istirahət edib, mövsümün yorğunluğunu çıxarmaq imkanım olacaq. Yoxsa çempionat bitəndən 1 həftə sonra millinin təlim-məşq toplanışında olmaq özüm üçün həqiqətən çətin olacaqdı. Çünki mövsümdə çox yüklənmişik və fiziki yorğunluqdan daha çox beyin yüklənməsidir. Buna görə istirahət etmək istəyirdim ki, bu yorğunluqların hamısını üzərimdən atım, növbəti mövsümə daha yaxşı, böyük güclə hazırlaşım”.

0
0