“Neftçi”nin fırıldağının üstü açıldı
01.05.2012 - 14:30
“Neftçi”nin fırıldağının üstü açıldı
“Coca-Cola U-13 Liqası”nda çıxış edən “Neftçi” klubunun fırıldağının üstü açılıb. Apasport.az saytının məlumatına görə, komanda lisenziyası olmayan futbolçu İsa Yusiflinin xidmətindən yararlanırmış.

Aprelin 28-də keçirilən “Neftçi” AOC – “Neftçi” matçında isə bu oyunçunun lisenziyasız olduğu aşkarlanıb. AFFA-nın bu gün keçirilən İntizam Komitəsi də həmin məsələyə aydınlıq gətirib. Qərara alınıb ki, Yusiflinin iştirak etdiyi bütün oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilsin.