Zlatan İbrahimoviç “Real”a “yox” dedi
01.05.2012 - 14:35
“Real” klubunun İsveç yığmasının futbolçusu Zlatan İbrahimoviçi transfer etmək planı baş tutmayıb. Apasport.az saytının məlumatına görə, “Milan”ın 31 yaşlı hücumçusu Madrid təmsilçisinin təklifini rədd edib.
Portuqaliyalı baş məşqçi Joze Mourinyo “İnter”i çalışdırdığı vaxtda rəhbərliyi altında oynayan İbrahimoviçi yenidən sərəncamında görmək istəyərək, onunla telefonla söhbətləşib. Madridlilər növbəti mövsümdə bu hücumçunun xidmətindən istifadə etmək istəyərək, onun əvəzinə öz futbolçularından Kaka, yaxud Qonsalo İquanini verməyə hazır olub. Ancaq təklifi qəbul etməyən İbrahimoviç bunu belə izah edib: “Mən karyeram ərzində çox komanda dəyişdim. Bilirsiniz, nə başa düşdüm? Əgər klubda xoşbəxtsənsə, heç yerə getməyə dəyməz. “Milan”da xoşbəxtəm və buna görə burada qalıram”.
Qeyd edən ki, isveçli “Milan”ın heyətində cari mövsümdə keçirdiyi 41 oyunda 33 qol vurub.

0
0