Fabio Luis Ramim: AZAL-la müqavilə bağlamağım doğru deyil
01.05.2012 - 15:52
“Karyeramı harada davam etdirəcəyim hələ dəqiqləşməyib. Buna aydınlıq gəlməyi üçün bir müddət gözləmək lazımdır”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Fabio Luis Ramim deyib. Milliləşdirilən braziliyalı yarımmüdafiəçi 2008-ci ildən şərəfini qoruduğu “Bakı” ilə qış fasiləsində yollarını ayırandan sonra sərbəstdir.
Ramimin AZAL-a qayıtdığı deyilsə də, futbolçu bunun belə olmadığını bildirib: “AZAL-la müqavilə bağlamağım doğru deyil. Hələ heç bir klubla razılığa gəlməmişəm. Agentim bu gün Azərbaycana gəlib. O, karyeramla bağlı məsələlərlə qarşıdakı günlərdə məşğul olacaq. Mövsüm hələ bitməyib. Keçmiş komandamın çempionatda oyunları və qarşıda Azərbaycan kubokunun final matçı var. Fikrimcə, 1 həftəyə karyeramla bağlı məsələlərə müəyyən aydınlıq gələ bilər”.
Qeyd edək ki, Fabio AZAL “Olimpik” adlananda 2 il onun şərəfini qoruyub və 2008-ci ildə heyətində çempionatımızın gümüş medalını qazandığı bu komandadan “Bakı”ya keçib.

0
0