Yunis Hüseynov: Ən yaxşı şans bizdədir
01.05.2012 - 17:30
“Son iki turun oyunlarının ağır keçəcəyini düşünürəm. Bu oyunlarda da qalib gəlməyə çalışacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” klubunun baş məşqçisi Yunis Hüseynov deyib.
O, Premyer Liqanın son 2 turu ahqda fikirlərini Peşəkar Futbol Liqasının saytına açıqlayıb: “Avrokuboklara vəsiqə uğrunda gedən mübarizədə ən yaxşı şans bizdədir. Avropa Liqasına vəsiqəni təmin etmək üçün bizə bir qələbə kifayət edir. Gərgin mübarizənin şahidi olacağıq. Hansı komandaların vəsiqə qazanacağını əvvəlcədən söyləyə bilmərəm. “Qarabağ” əvvəlcə “İnter”lə, sonra isə bizimlə qarşılaşacaq. Bu oyunların nəticəsindən çox şey asılıdır. Bütün komandalar maksimum güclərini ortaya qoyub qələbə qazanmağa çalışacaq”.

0
0