Sxadadze “Dinamo” ilə danışıqlar apardığını təsdiqlədi - MÜSAHİBƏ
02.05.2012 - 08:45
“İnter”in baş məşqçisi Kaxaber Sxadadze klubun rəsmi saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, gürcüstanlı mütəxəssis “Qarabağ”la Premyer Liqanın XXXI turunun oyunu və Tiflis “Dinamo”sundan aldığı təklif barədə danışıb.
- Oyuna hazırlıq prosesi necə gedir?
- Bu gün istirahət etmək imkanımız yaranıb. Sabahdan etibarən “Qarabağ”la oyununun hazırlıqlarına başlayacağıq. Adi qaydada hazırlaşacağıq . Ancaq onu da qeyd etmək istəyirəm ki, keçirəcəyimiz məşq prosesləri bir qədər qısamüddətli olacaq. Bilirsiniz ki, mövsümün sonudur və futbolçularda müəyyən yorğunluq hiss olunur. Buna görə də, qarşıdakı oyuna gümrah vəziyyətdə olmaları üçün futbolçuları az yükləməyi planlaşdırırıq.
- “Qarabağ”la oyun barədə nə düşünürsünüz?
- Qarşıdakı oyun çox çətin olacaq. “Qarabağ”- sürətli və kombinasiyalı oyun nümayiş etdirən və özünəməxsus oyun tərzi olan güclü komandadır. Buna görə də, oyunun gərgin və maraqlı alınacağını düşünürəm.
- “İnter”in və digər komandaların Avroliqaya düşmək şanslarını necə qiymətləndirirsiniz?
- “Bakı” artıq Avroliqaya vəsiqə qazanıb. “Altılıq”da mübarizə aparan digər komandaların da şansları var. Buna görə də, növbəti turda gərgin mübarizə olacaq.
- Bəzi mətbuat orqanlarında belə məlunat yayılıb ki, Tiflisin “Dinamo” komandası sizinlə ciddi şəkildə maraqlanır...
- Bəli, mən “Dinamo”nun prezidenti ilə bu barədə danışdığımı gizlətmirəm. Lakin hazırda mən bu məsələ haqqında fikirləşmirəm. Qarşımıza ilk üçlükdə yer tutmaq və avrokuboklara vəsiqə qazanmaq vəzifəsi qoyulub. Hazırda diqqətimi yalnız “İnter”in qarşıdakı oyunlarına yönəltmişəm.

0
0