Azərbaycanda oynamaq üçün son addım
02.05.2012 - 09:59
Bu ilin payızında Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatında seçmə xarakteri daşıyan Avropa çempionatında yarımfinalçılar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qitə birinciliyinin 2-ci seçmə mərhələsinin yekununa əsasən, həlledici qarşılaşmalarda oynayacaq 4 komandanın adına aydınlıq gəlib.
Son illərin ənənəsinə uyğun olaraq, UEFA-nın mənzil-qərargahının yerləşdiyi İsveçrənin Nyon şəhərindəki final mərhələsində meydan sahibləri, Fransa, Danimarka və Almaniya yığmaları mübarizə aparacaq. İyunun 26-da baş tutacaq yarımfinal oyunlarında qalib gələcək 2 komanda mundiala vəsiqə qazanacaq. Həmin gün Fransa İsveçrə ilə, Danimarka isə Almaniya ilə görüşəcək.

0
0