Dünya çempionatının Bakıdakı püşkatmasının vaxtı müəyyənləşdi
02.05.2012 - 10:11
Bu il Azərbaycanda 17 yaşadək qızlar arasında keçiriləcək dünya çempionatının final mərhələsinin püşkatmasının vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, sentyabrın 22-də start götürəcək mundialın püşkü yarışdan 2 ay əvvəl atılacaq. Bakıda baş tutacaq mərasim iyulda gerçəkləşəcək.
Qeyd edək ki, oktyabrın 13-dək davam edəcək yarışa qatılacaq 16 komandadan 11-i artıq məlumdur. Bunlar meydan sahibi kimi Azərbaycan millisi, həmçinin Yaponiya, KXDR, Çin, Qambiya, Qana, Nigeriya, Braziliya, Kolumbiya, Uruqvay və Yeni Zelandiya yığmalarıdır.

0
0