Xosep Qvardiola: Qələbələrdən yorulduğum üçün gedirəm
02.05.2012 - 10:41
Xosep Qvardiola: Qələbələrdən yorulduğum üçün gedirəm
“Postumdan getməklə bağlı qərarıma Joze Mourinyo qətiyyən təsir etməyib. Mənim həmkarlarım arasında digər rəqiblərim də olub”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Barselona”nın baş məşqçisi Xosep Qvardiola deyib.

Onun Madrid “Real”ının çalışdırıcı Joze Mourinyo ilə münasibətləri gərgin olsa da, buna görə postundan getmədiyini bildirib: “Sadəcə, yoruldum. Hər gün işdən və çoxlu qələbələrdən yorulduğum üçün gedirəm. Gələcəkdə yenidən “Barselona”nın baş məşqçi olmaqla bağlı suala indi cavab verə bilmərəm. Mourinyo bildirib ki, bu il “Qızıl top”u son 3 ildə bunu qazanan “Barsa”nın argentinalı futbolçusu Lionel Messi yox, öz oyunçusu Kriştianu Ronaldo almalıdır. Yəqin ki, bir dəfə Messi bu mükafatı almayacaq, ancaq o, cari mövsümdə əla oynayıb”.

Qeyd edək ki, Qvardiola son 4 ildə 13 titul qazandırdığı “Barsa” ilə cari mövsümün sonunda bitən müqaviləsini uzatmayacağını rəsmən açıqlayıb.