Azərbaycan millisi Qazaxıstanda 4-cü oldu
02.05.2012 - 13:53
Qazaxıstanın Almatı şəhərində keçirilən “Prezident kuboku” turnirində bu gün final oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, III yer uğrunda matçda qüvvəsini sınayan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası artıq yarışdakı çıxışını başa vurub. Təbriz Həsənovun yetirmələri son matçında meydan sahibləri ilə görüşüb.
Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. 49-cu dəqiqədə Qazaxıstan yığması əllə oyuna görə millimizin qapısına təyin olunan penalti ilə hesabı açıb. Cəmi 11 dəqiqədən sonra Fəhmin Muradbəylinin 50 metrdən vurduğu paraşüt zərbə ilə hesab bərabərləşib. 78-ci dəqiqədə isə baş hakim millimizin qolunu oyundankənar vəziyyət kimi dəyərləndirərək hesaba almayıb.
Matçın qalibini müəyyənləşdirmək üçün komandalar penalti seriyasında qüvvəsini sınayıb. İlk 3 zərbəni yerinə yetirən Mənsur Nəhavəndi, Ülvi Süleymanov, Mahir Mədətov dəqiq olublar. Elnur Cəfərov qapı dirəyinə nişan aldıqdan sonra İlyas Səfərzadə də qol sevinci yaşayıb. Millimizdən fərqli 5 zərbənin hamısında dəqiq olan qazaxıstanlılar 3-cü yeri tutublar. Yığmamız isə turniri 4-cü pillədə bitirib.

0
0