Foqts daha bir futbolçunu yığmadan kənarlaşdırdı
02.05.2012 - 15:41
Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, mayın 20-dən 31-dək keçiriləcək təlim-məşq toplanışına dəvət olunan daha 1 futbolçu heyətdən kənarlaşdırılıb.
Millinin baş məşqçisi Berti Foqtsun qərarı ilə Vurğun Hüseynov hazırlıqlarda iştirak etməyəcək. Buna “Qəbələ” klubunun müdafiəçisinin zədəli olduğu, tam gücü ilə çıxış edə bilməməyi və mövsüm başa çatdıqdan dərhal sonra Türkiyəyə əməliyyat olunduğu xəstəxanaya reabilitasiya kursu keçməyə gedəcəyi səbəb olub.
Qeyd edək ki, Vurğuna qədər Hacı Əhmədov da heyətdən çıxarılmışdı.
Mənbə: affa.az

0
0