Təbriz Həsənov: Hakim oyunu birtərəfli idarə etdi
02.05.2012 - 16:06
Təbriz Həsənov: Hakim oyunu birtərəfli  idarə etdi
“Əzmkar və baxımlı oyuna görə futbolçularıma təşəkkür edirəm. Qazaxıstan yığmasından üstün oyun nümayiş etdirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Təbriz Həsənov deyib.

O, Qazaxıstanın Almatı şəhərində keçirilən “Prezident kuboku” turnirinin III yer uğrunda Qazaxıstan yığması ilə oyun haqda fikirlərini bildirib: “Qalib gəlməli olduğumuz qarşılaşmada hakimin birtərəfli oyun idarə etməsi ucbatından heç-heçə etdik. Hakim səbəb olmadan qapımıza penalti təyin etdi. Bundan əlavə, qaydalar çərçivəsində vurulmuş qolumuzu qeydə almadı. Bu turnir uşaqların oyun təcrübəsini artırmaq baxımından əhəmiyyətli idi”.

Qeyd edək ki, yığmamız 1:1 hesabı ilə başa çatan qarşılaşmanın penaltilər seriyasında 4:5 hesabı ilə uduzaraq turniri IV yerdə bitirib.