Elnur Allahverdiyev milli komandada
02.05.2012 - 16:08
Elnur Allahverdiyev milli komandada
Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, almaniyalı baş məşqçi Berti Foqts daha 1 futbolçunu düşərgəyə çağırıb. O, “Xəzər Lənkəran” klubunun futbolçusu Elnur Allahverdiyevi mayın 20-dən 31-dək keçiriləcək təlim-məşq toplanışına dəvət edib.

Qeyd edək ki, bu toplanış çərçivəsində millimiz mayın 23-də Şizuoka şəhərində Yaponiya, mayın 30-da isə Frankfurt şəhərində Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək.